sabirabadxeber.az / Bakıda 50 yaşlı kişi faciəli şəkildə öldü

Bakıda 50 yaşlı kişi faciəli şəkildə öldü

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Sabirabadxəbər" in məlumatına görə, hadisə paytaxtın Xəzər rayonu ərazisində qeydə alınıb.

2001-ci il təvəllüdlü Əbil Cavid oğlu Səmədli idarə etdiyi "AzSamand" markalı avtomobil ilə yolu keçən piyada, 1976-cı il təvəllüdlü Hikmət Orucəli oğlu Məlikovu vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.

N.Quliyeva

16.03.2026 » 09:50
Geri