sabirabadxeber.az / Bakıda moped divara çırpıldı - 21 yaşlı sürücü öldü

Bakıda moped divara çırpıldı - 21 yaşlı sürücü öldü

Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Sabirabadxəbər” xəbər verir ki, 2005-ci il təvəllüdlü Mayılov Hüseyn Mayıl oğlunun idarə etdiyi “Champ” markalı moped Xəzər rayon Şağan qəsəbəsində hərəkətdə olarkən divara çırpılıb.

Nəticədə o aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Xəzər RPİ-də araşdırma aparılır.

N.Quliyeva

16.03.2026 » 09:25
Geri