sabirabadxeber.az / İrandan gətirilən məhsulların qiyməti artdı: BAZARDA SON DURUM

İrandan gətirilən məhsulların qiyməti artdı: BAZARDA SON DURUM

Novruz bayramı ərəfəsində insanların ən çox üz tutduğu yerlərdən biri də bazardır.


 "Sabirabadxəbər" xəbər verir ki, bayrama az qalsa da, meyvə-tərəvəzlərin və çərəzlərin qiymətində artım yoxdur. 


Satıcılar "Xəzər Xəbər"ə deyirlər ki, hazırda yalnız İrandan idxal edilən meyvə-tərəvəzlərin qiymətində artım müşahidə olunur. Məsələn, kivinin kiloqramı 4-5, portağal isə 3-4 manatadır.


Pomidorun kiloqramı 4 manat-4,50 qəpik, xiyarın kiloqramı isə 3 manat-3,50 qəpik arasında dəyişir.


Süfrələri bəzəyəcək səmənilər də artıq satışa çıxıb. Qiymətləri 1 manatdan başlayır, 8 manata qədər davam edir.


N.Səmədova

15.03.2026 » 22:30
Geri