sabirabadxeber.az / Mercedes” dərəyə aşdı - 5 nəfər yaralandı

Mercedes” dərəyə aşdı - 5 nəfər yaralandı

Qusarda ağır yol-nəqliyyat hadisəsi baş verib.


 "Sabirabadxəbər" xəbər verir ki, Qusarın Şirvanlı kəndi ərazisində "Mercedes" markalı avtomobil idarəetmənin itirilməsi nəticəsində aşıb. Qəza zamanı avtomobildə olan 5 nəfər ağır yaralanıb.


Yaralılar Qusar Rayon Mərkəzi Xəstəxanasına çatdırıblar. İlkin məlumata görə onlardan üçünün vəziyyəti ağırdır. Xəsarət alanlardan ikisi əməliyyata götürülüb.


Faktla bağlı araşdırma aparılır.


N.Səmədova

15.03.2026 » 19:44
Geri