sabirabadxeber.az / Avtomobil 36 yaşlı piyadanı vuraraq öldürüb

Avtomobil 36 yaşlı piyadanı vuraraq öldürüb

Goranboy-Ağcakənd yolunda avtomobil piyadanı vuraraq öldürüb 


"Sabirabadxəbər" xəbər verir ki, yolu qarşı tərəfə keçmək istəyən Zeyvə kənd sakini 1990-cı il təvəllüdlü T.Quliyevi avtomobil vurub. Piyada aldığı xəsarətlərdən dünyasını dəyişib. 


Hadisəni törətməkdə şübhəli bilinən: "Mercedes" markalı avtomobilin sürücüsü, Kəlbəcər rayon sakini 1970-ci il təvəllüdlü İ.Hüseynovdur.


Faktla bağlı araşdırma aparılır.


N.Səmədova

15.03.2026 » 09:49
Geri