sabirabadxeber.az / Üç uşaq anası dəm qazından zəhərlənərək öldü

Üç uşaq anası dəm qazından zəhərlənərək öldü

Neftçala rayonunda qadın dəm qazından zəhərlənərək ölüb.


Sabirabadxəbər” xəbər verir ki, hadisə rayonun Qoltuq qəsəbəsi ərazisində qeydə alınıb.


Belə ki, qəsəbə sakini, 1988-ci il təvəllüdlü Abbasova Lətafət İnqilab qızı hamamda dəm qazından zəhərlənərək həyatını itirib.


Qeyd edək ki, mərhum üç uşaq anası olub.


Faktla bağlı araşdırma aparılır.

14.03.2026 » 21:00
Geri