sabirabadxeber.az / Şirvan-Salyan RTİ-də çağırışaqədərki hazırlıq rəhbəri üzrə test imtahanı

Şirvan-Salyan RTİ-də çağırışaqədərki hazırlıq rəhbəri üzrə test imtahanı

Şirvan-Salyan Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəblərində vakant olan gənclərin çağırışaqədərki hazırlığı rəhbəri vəzifəsinə işə qəbul müsabiqəsi üzrə test imtahanı keçirilib. 


Namizədlərə təqdim olunan 50 sualı cavablandırmaq üçün 90 dəqiqə vaxt verilib.

İştirak edən namizədlərə imtahan nəticəsi barədə məlumatlar SMS vasitəsilə bildiriləcəkdir. Test mərhələsində uğur qazanan namizədlər müsahibə mərhələsinə dəvət olunacaq.


Namizədlərə uğurlar arzu edirik!


N.Səmədova

14.03.2026 » 18:16
Geri