sabirabadxeber.az / Qanunsuz saxlanılan 5 avtomat, 19 tüfəng aşkarlandı

Qanunsuz saxlanılan 5 avtomat, 19 tüfəng aşkarlandı

Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.



"Sabirabadxəbər" bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.


Bildirilib ki, martın 13-də polis əməkdaşları paytaxt, respublikanın ayrı-ayrı rayonlarında və işğaldan azad olunan bölgələrdə 5 avtomat silahı, 19 tüfəng, 16 patron darağı və 1928 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.


N.Səmədova

14.03.2026 » 19:17
Geri