sabirabadxeber.az / Bakıda yaşayış binasında güclü YANĞIN BAŞ VERİB

Bakıda yaşayış binasında güclü YANĞIN BAŞ VERİB

Paytaxtın Binəqədi rayonu, Cəfər Xəndan küçəsində yerləşən doqquzmərtəbəli yaşayış binasında yanğın başlayıb.



"Sabiravadxəbər" xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən  bildirilib ki, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunublar.



Polis əməkdaşları tərəfindən əraziyə nəzarət təmin edilir və təhlükəsizlik tədbirləri görülür.



Yanğının söndürülməsi istiqamətində zəruri tədbirlər davam etdirilir.



N.Səmədova

14.03.2026 » 08:33
Geri