Sabirabad Dövlət Sosial-İqtisadi Kollecində aqrar və bələdiyyə sahəsində karyera qurmaq istəyən gənclər üçün “CareerLAB” şəbəkəsi çərçivəsində panel müzakirə təşkil olunub.
"Sabirabadxəbər" xəbər verir ki, Tədbirin açılışında kollecin Direktoru Kamran Nəsirov və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Mil-Muğan regional nümayəndəliyinin koordinatoru Bilal Muxtarov çıxış edərək layihə barədə məlumat veriblər. Daha sonra kollecin Təcrübə Rəhbəri İlham Hüseynov tələbələr üçün təcrübə və karyera imkanları barədə fikirlərini bölüşüb.
Paneldə həmçinin Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin nümayəndəsi Piri Hüseynli, Mil-Muğan Regional Məşğulluq Filialının aparıcı mütəxəssisi Səddam Cəfərli, Bitki Mühafizəsi və Fumiqasiya Mərkəzinin Sabirabad rayon mərkəzinin rəisi Bəxtiyar Məmiyev və Sabirabad Bələdiyyəsinin sədr müavini Rəsul Məmmədov çıxış edərək gənclər üçün karyera imkanlarından bəhs ediblər.
Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.
N.Səmədova