sabirabadxeber.az / Azərbaycan millisi ilk qələbəsini qazandı

Azərbaycan millisi ilk qələbəsini qazandı

Bu gün FİBA Çempionlar Kubokunda iştirak edən qadınlardan ibarət 3x3 Azərbaycanın basketbol millisi B qrupunda ilk oyunlarını keçirib.


"Sabirabadxəbər" xəbər verir ki, komanda birinci qrup oyununda Kanada seçməsinə 10:16 hesabı ilə məğlub olsa da, ikinci görüşdə ev sahibi Tailanda 21:8 hesabı ilə qalib gəliblər. Millimizin qrupda sonuncu oyunu sabah Bakı vaxtı ilə saat 12:30-da İspaniya yığmasına qarşı olacaq.


 Qeyd edək ki, turnirin qalibi FIBA 3x3 Çempionlar Kuboku 2027, FIBA 3x3 Dünya Kuboku 2027 və 2028-ci il Yay Olimpiya Oyunlarına vəsiqə verən Olimpiya Təsnifat turnirində iştirak hüququ qazanacaq.


N.Səmədova

13.03.2026 » 19:31
Geri