Bu gün YAP Sabirabad rayon təşkilatının H.Əliyev prospekti 1 ünvanı üzrə (Sabirabad Peşə Liseyi) ərazi partiya təşkilatının ümumi yığıncağı keçirilib.
"Sabirabadxəbər" xəbər verir ki, Yığıncaqda iştirak edən YAP Sabirabad rayon təşkiltının sədri Varis Rüstəmov çıxış edərək bildirib ki, "Azərbaycanın ən güclü və mütəşəkkil siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasının möhtəşəmliyinin bariz təzahürü onun milli maraqların ifadəçisi olmasıdır. Partiyanın keçdiyi şərəfli yol xalq-iqtidar birliyinin möhkəm təmələ əsaslandığını, sarsılmaz və əbədi olduğunu təsdiqləyib. Bu gün sürətlə inkişaf edən müstəqil dövlətimizi uğurlu inkişafa aparan bu yolda hər bir Azərbaycan vətəndaşı Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyevin siyasi kursunu dəstəkləyir və böyük əzmlə dövlətin, xalqın, vətənin mənafeyi naminə səy göstərir. "
Sonra Yeni Azərbaycan Partiyasının fəal üzvü Elçin Səmədov, Rusif Fətalıyev və Cəmilə Atakişiyeva çıxış ediblər.
Daha sonra Sabirabad Peşə Liseyi ərazi partiya təşkilatının sədrinin və sədr müavinin seçilməsinə dair açıq səsvermə keçirilib. Yığıncaq iştirakçılarının yekdil qərarı Yeni Azərbaycan Partiyası Sabirabad rayon təşkilatının H.Əliyev prospekti 1 ünvanı üzrə (Sabirabad Peşə Liseyi) ərazi partiya təşkilatının sədri vəzifəsinə Səmədov Elçin İltifat oğlu və sədr müavini vəzifəsinə Fətalıyev Rusif Arif oğlu seçiliblər.
Sonda Yeni Azərbaycan Partiyası Sabirabad rayon təşkilatının ictimai-siyasi həyatında fəal iştirakına görə Cəfərov Arif Malik oğlu, Atakişiyeva Cəmilə Arzu qızı, Qədirov Məmmədzadə Ağaməhəmməd oğlu Fəxri Fərmanla təltif olunublar.
N.Quliyeva