Hacıqabul rayonunda və Şirvan şəhərində elektron (rəqəmsal) formada keçirilən monitorinqin nəticələri müzakirə olunub.
"Sabirabadxəbər" məlumat verir ki, Martın 11-də Hacıqabul şəhər 5 nömrəli tam orta ümumtəhsil məktəbində və Şirvan şəhər 18 nömrəli təbiət və humanitar fənlər təmayüllü məktəb-liseydə müvafiq şəhər və rayonlar üzrə IV, VI və IX siniflərdə elektron (rəqəmsal) formada qiymətləndirmə keçirilən məktəblərin direktorları, təlim-tərbiyə işləri üzrə direktor müavinləri, müvafiq məktəblərdə IV və VI siniflərdə monitorinq fənləri üzrə, IX siniflərdə buraxılış fənləri üzrə tədris aparan müəllimlərlə görüş keçirilib. Görüşdə RTİ-nin Tədrisin Keyfiyyəti Sektorunun müdiri Mahir Zahidov elektron (rəqəmsal) formada keçirilmiş monitorinqin region üzrə əhatə etdiyi 34 ümumtəhsil məktəbindən 6 məktəb Hacıqabul rayonu üzrə, 7 məktəb isə Şirvan şəhəri üzrə cəlb edildiyini bildirib. Hacıqabul rayonundan IV siniflər üzrə 298 nəfər, VI siniflər üzrə 325 nəfər və IX siniflər üzrə 303 nəfər şagird monitorinqə cəlb edildiyini, monitorinqdə iştirak etmiş şagirdlər Hacıqabul rayonu üzrə olan müvafiq sinif şagirdlərinin təqribən 33%-ni, Şirvan şəhərindən IV siniflər üzrə 697 nəfər, VI siniflər üzrə 791 nəfər və IX siniflər üzrə 687 nəfər şagird monitorinqə cəlb edildiyini, monitorinqdə iştirak etmiş şagirdlər Şirvan şəhəri üzrə olan müvafiq sinif şagirdlərinin təqribən 60%-n təşkil etdiyini bildirib. Birinci dəfə keçirilən elektron (rəqəmsal) formada qiymətləndirmənin nəticələri ilə ikinci dəfə keçirilmiş qiymətləndirmə nəticələri ilə aparılmış təhlil nəticələrini görüş iştirakçılarının nəzərinə çatdıraraq, elektron (rəqəmsal) formada keçirilən monitorinqin məqsədinin şagirdlərin tədris prosesində əldə etdikləri bilik və bacarıqları müəyyənləşdirmək, mövcud gerilikləri vaxtında aşkar etmək, zəruri tədbirlərin görülməsini təmin etmək, tədrisin keyfiyyətinin daha da yüksəldilməsinə nail olmaqdan ibarət olduğunu vurğulayıb. Həmçinin bildirib ki, monitorinqlər müvafiq məktəblərdə tədris ili ərzində minimum 3 dəfə keçirilməsi nəzərdə tutulduğu, artıq 2 dəfə uğurla keçirildiyini bildirib.
Görüz zamanı məktəb rəhbərlərinin və fənn müəllimlərinin iştirakı ilə təhlillər müzakirə olunub, məktəb rəhbərlərinə və fənn müəllimlərinə nəticələrin yaxşılaşdırılması istiqamətində müvafiq metodiki tövsiyələr və tapşırıqlar verilib.
N.Quliyeva