sabirabadxeber.az / Mingəçevirdə ər-arvadı maşın vurdu

Mingəçevirdə ər-arvadı maşın vurdu

Mingəçevir şəhərində ər və arvadı avtomobil vurub.

"Sabirabadxəbər" xəbər verir ki, şəhər ərazisində hərəkətdə olan "Mercedes" markalı avtomobil idarəetməni itirərək yolu keçən piyadalar - 1984-cü il təvəllüdlü Tamis Əliyev və onun həyat yoldaşı, 1989-cu il təvəllüdlü Aygün Məmmədovanı vurub.

Yaralılar xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır./Oxu.az

N.Quliyeva

13.03.2026 » 08:28
Geri