Ağstafa rayon Ağsaqqalar Şurasının sədiri, Aşıqlar birliyinin üzvü, ustad aşıq Hüseyn Əzizoğlu dünyasını dəyişib.
"Sabirabadxəbər.az" Unikal-a istinadən xəbər verir ki, H.Əzizoğlu uzun sürən xəstəlikdən sonra 78 yaşında yaşadığı evdə dünyasını dəyişib. Mərhum sabah doğulduğu kəndə dəfn olunacaq.
Qeyd edək ki, Hüseyn Əziz oğlu Hüseynov 1947-ci ildə Ağstafa rayonunun Göycəli kəndində anadan olub. 3 oğul və 1 qız atası olan H.Əzizoğlunun oğlu Şahlar Hüseynov 1994-cü ildə Ağdərə uğrunda gedən döyüşlərdə şəhid olub.