sabirabadxeber.az / Füzulidə mina partladı - həlak olan var ‼️

Füzulidə mina partladı - həlak olan var ‼️

Füzuli rayonunda mina partlayıb, ölən var.

“Sabirabadxəbər” xəbər verir ki, hadisə rayonun Aşağı Veysəlli kəndi ərazisində baş verib.

Məlumata görə, Ağdam rayonu sakini, 1968-ci il təvəllüdlü çoban Hacıyev Ramil Maşallah oğlu ərazidə atla hərəkətdə olarkən minaya düşüb.

Nəticədə çoban ölüb, atı isə tələf olub.

Faktla bağlı araşdırma aparılır.

N.Quliyeva

12.03.2026 » 20:52
Geri