Yevlax rayonunda azyaşlının ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib.
"Sabirabadxəbər "xəbər verir ki, hadisə rayonun “Qaraçılar məhəlləsi” adlanan ərazisində qeydə alınıb. Məlumata görə, 2024-cü il təvəllüdlü Miran adlı azyaşlı oğlan valideyn nəzarətindən kənarda qaldığı zaman yaxınlıqdan keçən su arxına düşüb.
Uşağın suda boğulduğu bildirilir. Ailə üzvləri hadisədən xəbər tutduqdan sonra azyaşlının həyatını itirdiyi məlum olub.
Faktla bağlı araşdırma aparılır.
N.Quliyeva