✅ Fermerlərin diqqətinə!
"Sabirabadxəbər" xəbər verir ki, Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə 2026-cı ilin 16 mart tarixində Cəlilabad rayonunda “Aqrar sahədə dövlətin dəstək mexanizmləri” mövzusunda panel müzakirəsi keçiriləcək.
Panel müzakirə Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzində saat 16:00-da təşkil ediləcək.
✅ 2026-cı ilin 16-17 mart tarixində Cəlilabad rayonunda “Dəqiq kənd təsərrüfatında süni intellektin tətbiqi” layihəsi çərçivəsində “Bootcamp” tədbiri baş tutacaq.
✅ 2026-cı ilin 17 mart tarixində Cəlilabad rayonunda Aqrar Biznes Festivalı keçiriləcək.
Festival Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzində saat 10:00-da təşkil ediləcək.
N.Quliyeva