sabirabadxeber.az / Azərbaycanın qadın güləşçiləri Avropa çempionatında finala yüksəliblər

Azərbaycanın qadın güləşçiləri Avropa çempionatında finala yüksəliblər

Azərbaycan güləşçisi Gültəkin Şirinova (55 kq) və Günay Qurbanova (59 kq) Serbiyanın Zrenyanin şəhərində davam edən güləş üzrə U-23 Avropa çempionatında finala vəsiqə qazanıblar.


"Sabirabadxəbər" "Report"a istinadən xəbər verir ki, Şirinova moldovalı rəqibi Mihaela Samoili, Qurbanova isə rumıniyalı Ana Mariya Puyunu üstələyiblər.


Avropa çempionatına martın 15-də yekun vurulacaq.

11.03.2026 » 20:43
Geri