sabirabadxeber.az / İcra başçısı onu rəis təyin etdi

İcra başçısı onu rəis təyin etdi

Ağcabədi  Rayon Kommunal Xidmət və Mənzil İstismarı İdarəsinə yeni rəis təyin edilib.

"Sabirabadxəbər" xəbər verir ki,  bu barədə icra başçısı Rafil Hüseynov əmr imzalayıb.

Əmrə əsasən, sözügedən idarənin rəisi vəzifəsinə Atamoğlan Babayev təyinat alıb.

Qeyd edək ki, A.Babayev daha əvvəl Bərdə Suvarma Sistemləri idarəsinin və “Aqrolizinq” ASC-nin Ağcabədi rayon filialının müdiri vəzifələrində işləyib.

N.Quliyeva

11.03.2026 » 09:50
Geri