sabirabadxeber.az / Abadlıq işləri üçün daha 3 milyon manatlıq LAYİHƏ

Abadlıq işləri üçün daha 3 milyon manatlıq LAYİHƏ

Paytaxtda abadlıq işləri üçün daha 3 milyon manatlıq layihəyə başlanılır.


"Sabirabadxəbər" xəbər verir ki, Bakı şəhəri ərazisində səkilərdə, həyətlərdə, park və bağlarda abadlıq və yenidənqurma işlərinin layihə-smeta sənədlərinin hazırlanmasına sərf olunacaq vəsaitin həcmi məlum olub.


Məlumata görə, layihələndirmə işlərini həyata keçirəcək şirkət müəyyənləşib və Bakı Şəhər İcra Hakimiyyətinin yaxın günlərdə onunla müqavilə bağlayacağı gözlənilir.


Layihə-smeta sənədlərinin hazırlanması 3 milyon manata başa gələcək.

10.03.2026 » 23:58
Geri