sabirabadxeber.az / Cəlilabadda yol qəzası - Xəsarət alan var

Cəlilabadda yol qəzası - Xəsarət alan var

Cəlilabad rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.

"Sabirabadxəbər.az" xəbər verir ki, hadisə köhnə Ələt-Astara avtomobil yolunun Cəlilabad şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Azərpoçt MMC-jə məxsus avtomobil idarəetməni itirərək yol kənarındakı ağaca çırpılıb. Hadisə nəticəsində sürücü xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

28.01.2026 » 18:35
Geri