Yeni Azərbaycan Partiyası Göyçay rayon təşkilatının yaradılmasının 33-cü ildönümü ilə əlaqədar tədbir keçirilib.
"SABİRABADXƏBƏR" xəbər verir ki, Əvvəlcə tədbir iştirakçıları müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüb, Ulu öndərin əziz xatirəsini anıblar.
Tədbirdə Ulu öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Azərbaycanın Dövlət Himni səsləndirilib.
Yeni Azərbaycan Partiyasının fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.
YAP Göyçay rayon təşkilatının sədri Sahib Şükürov çıxış edərək 1992-ci il noyabr ayının 21 - də Yeni Azərbaycan Partiyası təsis ediləndən sonra ulu öndər Heydər Əliyev şəxsiyyətinə sadiqlik nümunəsi olaraq yaradılan rayon təşkilatlarından biri də Göyçay rayon təşkilatı olduğunu, çox çətinliklə, böyük fədakarlıq, mübarizlik nəticəsində yaradıldığını bildirdi.
S.Şükürov qeyd edib ki,Yeni Azərbaycan Partiyası yeni-yeni hədəflərə doğru inamla addımlayır. Ölkədə görülən misilsiz işlər, əldə edilən tarixi, möhtəşəm uğurlar əminliklə deməyə əsas verir ki, Prezident, YAP Sədri İlham Əliyevin, Azərbaycanın Birinci vitse-prezidenti, YAP Sədrinin birinci müavini Mehriban xanım Əliyevanın birgə səyləri nəticəsində Azərbaycanı, Yeni Azərbaycan Partiyasını daha möhtəşəm uğurlar gözləyir.
Sonra çıxış edən Göyçay rayon İcra Hakimiyyətinin başçısı Orxan Mürsəlov partiyanın şərəf və qürur dolu inkişaf yolundan ətraflı bəhs edib. O qeyd edib ki, Prezident İlham Əliyevin uzaqgörən və qətiyyətli rəhbərliyi ilə dinamik inkişaf mərhələsinə qədəm qoyan YAP bu gün də ümumxalq partiyası kimi milli maraqlara xidmət edir. Bildirib ki, partiya gələcəkdə də öz prinsiplərinə sadiq qalaraq xalqımıza yeni-yeni möhtəşəm nailiyyətlər qazandıracaq.
Daha sonra çıxış edən Milli Məclisin üzvü Sabir Hacıyev Yeni Azərbaycan Partiyasının Azərbaycan tarixinin son dərəcə ağır və keşməkeşli günlərində, ölkənin ciddi sınaqlarla üz-üzə qaldığı bir dövrdə ölkə ziyalılarının təşəbbüsü və fəal iştirakı ilə yarandığını bildirib. S.Hacıyev qeyd edib ki, bu gün partiyaya olan yüksək etimad Ulu Öndər Heydər Əliyev və Prezident İlham Əliyevin apardığı siyasətə olan inamın nəticəsidir.
Partiya veteranı Eldəniz Məmmədov, Partiya fəalı Firəngiz Məmmədyarova, gənc partiya fəalı Laçın Cavadov çıxış edərək Yeni Azərbaycan Partiyanın ölkə tarixinin son dərəcə ağır və keşməkeşli günlərində, ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə təsis edildiyi vurğulayıblar. Natiqlər rayon təşkilatının yaranma tarixinindən, ölkəmizin əldə etdiyi uğurlardan, ölkədə gənclərə göstərilən diqqət və qayğıdan bəhs ediblər. Qazanılan tarixi Zəfərdə Yeni Azərbaycan Partiyasının imzası olduğunu, Prezident, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin daha böyük Qələbələr qazanacağını bildiriblər .
Sonra rayon təşkilatının fəaliyyətində fərqlənən bir qrup partiya üzvünə fəxri fərman və partiya sıralarına yeni qəbul olunmuş şəxslərə üzvlük vəsiqəsi təqdim edilib.
Tədbirin sonunda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.