sabirabadxeber.az / Sürücülərin NƏZƏRİNƏ - Yollarda görünüş məhdudlaşacaq

Sürücülərin NƏZƏRİNƏ - Yollarda görünüş məhdudlaşacaq

Azərbaycanın avtomobil yollarında sabah müşahidə ediləcək vəziyyət açıqlanıb.

"Sabirabadxəbər" xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, martın 9-da rayonlarda yağıntılı və dumanlı hava şəraiti ilə əlaqədar magistral avtomobil yollarında görünüş məsafəsinin 300-800 metrədək məhdudlaşacağı gözlənilir.

08.03.2026 » 13:30
Geri