sabirabadxeber.az / Bakı və Abşeron yarımadasına yağış, bəzi rayonlara qar yağacaq - PROQNOZ

Bakı və Abşeron yarımadasına yağış, bəzi rayonlara qar yağacaq - PROQNOZ

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin bəzi yerlərdə fasilələrlə yağıntılı olacağı, mülayim şimal-qərb küləyi əsəcəyi gözlənilir.


"Sabirabadxəbər" xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.


Məlumata görə, havanın temperaturu gecə 3-5° isti, gündüz 6-8° isti olacaq. Atmosfer təzyiqi 769 mm civə sütunundan 774 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 % olacaq.


Azərbaycanın rayonlarında hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Axşam yağıntılar tədricən kəsiləcək. Bəzi yerlərdə arabir duman olacaq, mülayim qərb küləyi əsəcək.


Havanın temperaturu gecə 2-5° isti, gündüz 7-11° isti, dağlarda gecə 5-10° ş

08.03.2026 » 11:30
Geri