sabirabadxeber.az / Cinayətdə şübhəli bilinən 49 nəfər saxlanıldı

Cinayətdə şübhəli bilinən 49 nəfər saxlanıldı

Martın 6-da ölkə ərazisində qeydə alınan 69, əvvəlki dövrlərdən bağlı qalan 7 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.   


DİN-in Mətbuat Xidmətindən "Sabirabadxəbər" ə verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 144, o cümlədən borclu şəxs qismində axtarışda olan 117 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.      


Narkotiklərlə əlaqəli 31, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 11 fakt müəyyən edilib.


Cinayət törətməkdə şübhəli bilinən 49 nəfər saxlanılıb.

07.03.2026 » 11:15
Geri