Sabirabad Dövlət Sosial-İqtisadi Kollecində son dövrlər müşahidə olunan müsbət dəyişikliklər və yeniliklər kollektiv tərəfindən böyük məmnunluqla qarşılanır.
Kollecin direktoru Kamran Nəsirov vəzifəyə gəldiyi gündən etibarən idarəetmədə şəffaflığın artırılması, iş prosesinin daha səmərəli təşkili və təhsil mühitinin inkişafı istiqamətində mühüm addımlar atılıb.
Qısa müddət ərzində kollecdə nizam-intizamın gücləndirilməsi, tədris prosesinin daha sistemli qurulması və tələbələrin hüquqlarının qorunması istiqamətində ciddi dəyişikliklər hiss olunur. Ən önəmlisi isə odur ki, tələbələr arasında daha ədalətli və qaydalara əsaslanan bir mühit formalaşmağa başlayıb.
Bu da təhsilin keyfiyyətinə və tələbələrin motivasiyasına müsbət təsir göstərir.
Bu günlərdə kollektiv üçün sevindirici bir qərar da qəbul olunub. Belə ki, direktor Kamran müəllim tərəfindən kollecin bütün əməkdaşlarına 8 mart Qadınlar bayramı münasibəti ilə müəllim heyətinə, inzibati işçilərə və texniki heyətə 300 manat məbləğində mükafat ayrılıb.
Ən önəmli məqamlardan biri də odur ki, əvvəlki illərdən fərqli olaraq, ayrılan mükafat vəsaiti birbaşa hər bir əməkdaşın özünə çatdırılıb.
(Kartına köçürülüb)
Bu addım kollektivdə böyük razılıq və minnətdarlıq hissi yaradıb. Biz də bu təşəbbüsü yüksək qiymətləndirir və xüsusilə mükafatın təkcə müəllim heyətinə deyil, eyni zamanda kollecin texniki işçilərinə və bütün əməkdaşlarına şamil edilməsini tam dəstəkləyirik.
Çünki kollecin inkişafında hər bir əməkdaşın zəhməti və rolu danılmazdır.
Ümid edirik ki, kollecdə aparılan bu müsbət dəyişikliklər davamlı olacaq, təhsilin keyfiyyəti daha da yüksələcək və Kamran Nəsirovun Rəhbərliyi ilə Sabirabad Dövlət Sosial-İqtisadi Kolleci regionun ən nümunəvi təhsil ocaqlarından birinə çevriləcək.