🤾♂️Biləsuvarda qızlar arasında voleybol idman növü üzrə rayon turnirinə yekun vurulub
"SABİRABADXƏBƏR" xəbər verir ki, 🔹Biləsuvar Rayon İcra Hakimiyyətinin, Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsinin Biləsuvar rayonu üzrə gənclər və idman sektorunun və Şirvan-Salyan Regional Təhsil İdarəsinin Biləsuvar rayonu üzrə təhsil sektorunun birgə təşkilatçılığı Milli Qəhrəman Mübariz İbrahimov adına Təhsil Kompleksinin dəstəyi ilə "İdman həftəsi" çərçivəsində "8 mart - Beynəlxalq Qadınlar günü"nə həsr olunmuş məktəbli qızlar arasında voleybol idman növü üzrə rayon birinciliyinə yekun vurulub.
🔹15 ümumtəhsil məktəb komandasından ümumilikdə 180 nəfər gəncin qoşulduğu yarışın final mərhələsində Ağayrı kənd tam orta məktəbin komandası Əliabad kənd tam orta məktəbin komandasına qalib gəlməklə turnirin çempionu oldu, Əliabad kənd tam orta məktəbin komandası müvafiq olaraq II yerə yiyələndi. Ismətli kənd tam orta məktəbin komandası isə Bəydili kənd tam orta məktəbin komandası üzərində qələbə qazanmaqla III yerə yiyələndi.
🔹 Qeyd edək ki, yarışın keçirilməsində əsas məqsəd məktəbliləri voleybol idman növünə cəlb edərək bu idman növünü daha da inkişaf etdirmək, onların fiziki cəhətdən inkişafının və sağlamlıqlarının qorunmasını təmin etməkdir.
📌 Qaliblər Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsinin diplom və medalları ilə mükafatlandırıldılar.