YAP Sabirabad rayon təşkilatında 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə könüllülərlə görüş keçirilib.
"SABİRABADXƏBƏR" xəbər verir ki, Tədbirdə YAP Sabirabad rayon təşkilatının sədr müavini Daşqın Şıxəliyev çıxış edərək könüllüləri bu əlamətdar gün münasibətilə təbrik edib. O, qadınların cəmiyyətimizin inkişafında, dövlət quruculuğunda və ictimai-siyasi həyatda mühüm rol oynadığını vurğulayıb. Bildirilib ki, Azərbaycan qadınları hər zaman fəallığı, vətənpərvərliyi və yüksək mənəvi keyfiyyətləri ilə seçiliblər.
Daşqın Şıxəliyev çıxışında qeyd edib ki, ölkəmizdə qadın hüquqlarının qorunması və onların ictimai həyatda fəal iştirakı daim diqqət mərkəzində saxlanılır. Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi siyasət nəticəsində qadınların cəmiyyətdə rolu daha da möhkəmlənib, bu siyasət bu gün də Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Görüş zamanı könüllülərin partiyanın fəaliyyətindəki rolu xüsusi qeyd olunub, onların təşəbbüskarlığı və ictimai fəallığı yüksək qiymətləndirilib. Sonda sədr müavini Daşqın Şıxəliyev tədbirdə iştirak edən könüllüləri 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə bir daha təbrik edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.