sabirabadxeber.az / Sumqayıtda ər arvadını öldürdü

Sumqayıtda ər arvadını öldürdü

Sumqayıtda qətl hadisəsi baş verib.

"SABİRABADXƏBƏR" xəbər verir ki, hadisə Hacı Zeynalabdin qəsəbəsində qeydə alınıb.

Belə ki, Yevlax rayon sakini, 1977-ci il təvəllüdlü İsmayıl Ramazanov aralarında yaranmış mübahisə zamanı həyat yoldaşı, 1995-ci il təvəllüdlü Mehriban Ağabalazadəyə bıçaqla xəsarətlər yetirib.

Ağır xəsarətlər alan qadın hadisə yerində həyatını itirib.

İsmayıl Ramazanov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

06.03.2026 » 11:46
Geri