İmişlidə basketbol idman növü üzrə rayon turniri keçirilib
"SABİRABADXƏBƏR" xəbər vetir ki, Mil-Muğan Regional Gənclər və İdman İdarəsinin İmişli rayonu üzrə gənclər və idman sektoru və Regional Təhsil İdarəsinin İmişli rayonu üzrə təhsil sektorunun birgə təşkilatçılığı ilə “5 mart-Bədən Tərbiyəsi və İdman Günü”nə həsr olunmuş məktəblilər arasında basketbol idman növü üzrə rayon turniri keçirilmişdir.
🏀 Dörd gün davam edən yarışda 1-ci və 2-ci yerin qalibləri Mil-Muğan Regional Gənclər və İdman İdarəsi tərəfindən diplom və medallarla təltif olunmuşdur.
📸 Yekunda qalib komandalarla xatirə şəkli çəkilmişdir.
💥 Daha sonra Mil-Muğan RGİİ-nin İmişli rayonu üzrə gənclər və idman sektoru müdiri Ceyhun Əbdulov yarışlarda yüksək hakimlik səviyyəsi nümayiş etdirdiyinə görə İmişli UGİŞM-nin müəllimləri Əfəndi Səlimov, Orxan Mejdunov və Rabil Əmirovu Mil-Muğan Regional Gənclər və İdman İdarəsinin Fəxri Fərmanları ilə təltif etmişdir.