sabirabadxeber.az / Şirvanda tutulan şəxsdən tapança aşkarlandı

Şirvanda tutulan şəxsdən tapança aşkarlandı

Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində üzərində qanunsuz olaraq odlu silah saxlayan M.Bayramov saxlanılıb.

"SABİRABADXƏBƏR" xəbər verir ki, adıçəkilən şəxsdən 1 ədəd “Makarov” markalı tapança və 2 ədəd patron aşkar edilərək götürülüb.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

05.03.2026 » 11:39
Geri