sabirabadxeber.az / Kamaləddin Heydərov vətəndaş qəbulu keçirəcək

Kamaləddin Heydərov vətəndaş qəbulu keçirəcək

"SABİRABADXƏBƏR" xəbər verir ki, Fövqəladə Hallar Naziri Kamaləddin Heydərov 13 mart tarixində Qəbələ şəhərində vətəndaşlarla görüşəcək. Qəbul zamanı vətəndaşların fövqəladə hallar, yanğın təhlükəsizliyi, tikinti təhlükəsizliyi, texniki nəzarət, mülki müdafiə və digər aidiyyəti məsələlərlə bağlı müraciətləri dinləniləcək.

Bu cür səyyar qəbullar bölgələrdə yaşayan vətəndaşların problemlərinin yerində araşdırılması və operativ həlli baxımından mühüm əhəmiyyət daşıyır.

Nazirliyin rəsmi qaynar xətti ilə əlaqə saxlayıb: “13 mart tarixində Qəbələ şəhərində keçiriləcək vətəndaş qəbuluna yazılmaq istəyirəm”deyə müraciət edə bilərsiniz.

Qəbələ və Oğuz, İsmayıllı , Ağdaş yaşayan vətəndaşlar FHN-in yerli Dövlət Yanğın Nəzarəti və ya digər aidiyyəti şöbəsinə yaxınlaşaraq qeydiyyatdan keçə bilərlər.


05.03.2026 » 11:21
Geri