sabirabadxeber.az / Gəncədə avtomobil qəza törətdi - Sürücü həlak oldu

Gəncədə avtomobil qəza törətdi - Sürücü həlak oldu

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

"SABİRABADXƏBƏR"  xəbər verir ki, 1961-ci il təvəllüdlü Hacıyev Nəriman Nəcəf oğlu idarə etdiyi "VAZ-21150" markalı avtomobillə Gəncə şəhəri, Natavan-2 qəsəbəsində hərəkətdə olarkən avtomobilin sağ arxa təkərinin dəmir yolu xəttinə dəyməsi nəticəsində idarəetməni itirərək qəza törədib.

Nəticədə sürücü ölüb.

Fakt üzrə cinayət işi başlanılmaqla istintaq aparılır. (Report.az)

04.03.2026 » 09:30
Geri