sabirabadxeber.az / Qəbələdə kişi bədbəxt hadisə nəticəsində ölüb.

Qəbələdə kişi bədbəxt hadisə nəticəsində ölüb.

"Sabirabadxəbər.az" "Report"a istinadən xəbər verir ki, Aydınqışlaq kənd sakini 1979-cu il təvəllüdlü Səxavət İkram oğlu Abdullayev işlədiyi Qəbələ şəhərinin ərazisindəki qum-çınqıl karxanasında ehtiyatsızlıqdan qum üyüdən cihaza dəyərək xəsarət alıb. Xəstəxanaya yerləşdirilmiş S.Abdullayev orada ölüb.

Araşdırmalar rayon prokurorluğu tərəfindən aparılır.

28.01.2026 » 11:16
Geri