sabirabadxeber.az / Sabirabad şəhərində əmək yarmarkası keçiriləcək

Sabirabad şəhərində əmək yarmarkası keçiriləcək

📢 İşsiz və işaxtaran şəxslərin nəzərinə!

"Sabirabadxəbər" xəbər verirki, Mil-Muğan Regional Məşğulluq Filialı tərəfindən Sabirabad şəhərində əmək yarmarkası keçiriləcək.

Yarmarkanın məqsədi işaxtaran vətəndaşların mövcud vakansiyalar barədə məlumatlandırılması və onların işlə təmin olunmasına dəstək göstərməkdir.

✅ Namizədlər şəxsiyyət vəsiqələrini təqdim etməlidirlər.

✅ CV nümunəsi ilə gəlmələri arzuolunandır.

✅ Vakansiyalar, iş öhdəlikləri və şərtlər barədə ətraflı məlumat birbaşa yarmarkada təqdim olunacaq.

▶️ Ünvan və tarix:

📍 Sabirabad şəhəri, Heydər Əliyev prospekti 2 (Bayraq Muzeyi)

🗓️ 4 mart 2026

🕚 Saat 10:30

İş axtaran hər kəsi fəal iştirak etməyə dəvət edirik!

#ƏməkYarmarkası #Vakansiya #İşVar

03.03.2026 » 08:30
Geri