"Sabirabadxəbər" xəbər verirki, Milli Məclisin deputatı Əziz Ələkbərli Saatlı rayonunda Yeni Azərbaycan Partiyası Saatlı rayon təşkilatının inzibati binasında seçicilərlə görüş keçirib.
Görüş zamanı deputat Saatlı rayon sakinlərinin müraciətlərini dinləyib, onları narahat edən sosial-məişət problemləri və digər məsələlərlə bağlı qeydlər aparıb. Seçicilərin müraciətləri əsasında vətəndaşların bir qrupu ilə növbəti mərhələdə əlavə görüşlərin keçirilməsi qərara alınıb.
Deputat qaldırılan məsələlərin aidiyyəti qurumlarla müzakirə ediləcəyini və imkan daxilində həllinə dəstək göstəriləcəyini bildirib.