sabirabadxeber.az / Valideynlərin diqqətinə‼️

Valideynlərin diqqətinə‼️

"SABİRABADXƏBƏR" xəbər verir ki ,  Onlayn oyun platformalarında azyaşlıların “pulsuz bonus”, “oyun valyutası”, “hesabın sürətli inkişafı” və ya “hədiyyə kodu” kimi cəlbedici təkliflərlə aldadılması faktlarına rast gəlinir. Nəticədə uşaqlar ailə üzvlərinə məxsus bank kartı məlumatlarını, şifrə və ya digər məlumatları paylaşır və bu yolla pul vəsaitləri mənimsənilir. 


⚠️ Valideynləri diqqətli olmağa çağırırıq: 


- Övladlarınıza onlayn oyunlardakı mümkün riskləri sadə və anlayışlı şəkildə izah edin;


- Onların oyun daxilində kimlərlə ünsiyyət qurduğunu mütəmadi izləyin; 


- Şübhəli profilləri dərhal bloklayın və bu barədə uşağınızla açıq söhbət aparın; 


- Oyunlarda ödənişli əməliyyatları məhdudlaşdırın və ya valideyn nəzarəti tətbiqlərindən istifadə edin.


💻 Rəqəmsal mühitdə də təhlükəsizlik valideyn nəzarətindən asılıdır

02.03.2026 » 19:30
Geri