✅ İşğaldan azad edilmiş ərazilərə köçürülən sakinlərdən 8673 şəxsin məşğulluğu artıq təmin olunub.
Bu barədə Nazirlikdə işğaldan azad olunmuş ərazilərimizdə fəaliyyət göstərən işəgötürənlərlə keçirilən növbəti görüşdə bildirilib.
Nazir müavini Rəşad Mustafayev Böyük Qayıdışa dair Dövlət Proqramı çərçivəsində Qarabağ və Şərqi Zəngəzurda icra olunan məşğulluq proqramlarının getdikcə genişləndirildiyini qeyd edib.
ℹ️ Görüşdə işğaldan azad edilmiş ərazilərə köçürülən və köçürülməsi nəzərdə tutulan vətəndaşların məşğulluğunun təmin olunması üçün işəgötürənlərlə birgə görülən işlərin nəticələri, bu istiqamətdə qarşıda duran vəzifələr müzakirə olunub.