sabirabadxeber.az / Ümumi təhsil müəssisələrində “İdman həftəsi” keçirilir

Ümumi təhsil müəssisələrində “İdman həftəsi” keçirilir

Ümumi təhsil müəssisələrində “İdman həftəsi” keçirilir.

"SABİRABADXƏBƏR" xəbər verir ki ,

5 Mart – Bədən Tərbiyəsi və İdman Günü münasibətilə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin müvafiq əmrinə əsasən Mil-Muğan Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində “İdman həftəsi” təşkil olunur.


Tədbirin məqsədi şagirdlərdə idmana marağın artırılması, sağlam həyat tərzinin təbliği və fiziki fəallığın gündəlik həyatın ayrılmaz hissəsinə çevrilməsinə dəstək verməkdir. “İdman həftəsi” çərçivəsində məktəblərdə müxtəlif idman yarışları, əyləncəli estafetlər, açıq hava məşğələləri, maarifləndirici söhbətlər və komandalararası oyunlar keçirilir.


Layihə şagirdlərin sağlamlığının möhkəmləndirilməsi, onların fiziki inkişafının təmin edilməsi və müsbət emosional mühitin formalaşdırılması baxımından xüsusi əhəmiyyət daşıyır. Eyni zamanda, idman və bədən tərbiyəsinin inkişafına, məktəblərdə sağlam rəqabət mühitinin yaradılmasına və bu sahədə kütləviliyin artırılmasına xidmət edir.


#MilMuğanRTİ #EduAz #MÜTDA #Şagird #İdmanHəftəsi

02.03.2026 » 15:59
Geri