sabirabadxeber.az / Siyəzəndə maşın kanala aşdı

Siyəzəndə maşın kanala aşdı

Siyəzən rayonunda avtomobil su kanalına aşıb.

"SABİRABADXƏBƏR" APA-ya istinadla xəbər verir ki, hadisə martın 1-də Alxanlı kəndinin ərazisində qeydə alınıb.

Şabran rayon sakini 1954-cü il təvəllüdlü Feyruz Qasımovun idarə etdiyi VAZ-2107 markalı, 10 MU 248 nömrəli maşın yolun kənarındakı su kanalına düşüb.

Hadisənin sürücünün sükan arxasında infarkt keçirməsi səbəbindən baş verdiyi bildirilir.

02.03.2026 » 13:13
Geri