sabirabadxeber.az / 10-cu sinif şagirdinin meyiti tapıldı - Foto

10-cu sinif şagirdinin meyiti tapıldı - Foto

Siyəzən rayonunda yeniyetmə qızın meyiti tapılıb.

“SABİRABADXƏBƏR” xəbər verir ki, hadisə martın 1-də rayon mərkəzində qeydə alınıb.

Belə ki, 2010-cu il təvəllüdlü Arzu Pənah qızı Kamilovanın meyiti yaşadığı evdə yaxınları tərəfindən aşkarlanıb.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

02.03.2026 » 11:55
Geri