sabirabadxeber.az / Marafon FK 1/8 finalda: Qaradağ Şıxlar üzərində tarixi qələbə

Marafon FK 1/8 finalda: Qaradağ Şıxlar üzərində tarixi qələbə

Region Liqasının 14-cü turunun son oyunu çərçivəsində Sabirabadı təmsil edən Marafon FK ilə Qaradağ Şıxlar FK komandaları qarşılaşıb.

"Sabirabadxəbər.az" xəbər verirki, Görüş Marafon FK-nın tam üstünlüyü ilə keçib və komanda rəqibini 8:0 hesabı ilə darmadağın edib.

Bu möhtəşəm qələbə sayəsində Marafon FK turnir cədvəlində 1-ci yeri təmin edərək Region Liqasının 1/8 final mərhələsinə yüksəlib.

Komandanın nümayiş etdirdiyi yüksək oyun, hücum xəttinin məhsuldarlığı və müdafiədə etibarlı çıxışı azarkeşlərin böyük rəğbətini qazanıb. Marafon FK-ya növbəti mərhələdə uğurlar arzulayırıq! ⚽

28.02.2026 » 15:30
Geri