sabirabadxeber.az / ABŞ hərbi bazaları yaxınlığında partlayış səsləri eşidilir

ABŞ hərbi bazaları yaxınlığında partlayış səsləri eşidilir

Qətərdə ABŞ-nin əl-Udeyd hərbi bazası yaxınlığında partlayış səsləri eşidilib.

"Sabirabadxəbər.az" xəbər verir ki, bundan başqa, Küveytdə, Bəhreyndə, Qətərdə partlayış səslərinin eşidildiyi barədə xəbərlər yayılıb.

Bəhreyn xəbər agentliyi məlumat verib ki, ABŞ-nin 5-ci donanması mərkəzi raket hücumuna məruz qalıb. Küveyt hava sahəsi üzərində İrandan atılan raketlərin vurulduğu bildirilir.

İran televiziyası bildirib ki, İran ABŞ-nin regiondakı hərbi bazalarını hədəf alır.

28.02.2026 » 13:50
Geri