sabirabadxeber.az / Millimizin 14 il sonra gələn səfər qələbəsi

Millimizin 14 il sonra gələn səfər qələbəsi

Azərbaycan basketbol milli komandası ötən gün AÇ-2029-un seçmə mərhələsində İrlandiyanı 76:75 hesabı ilə məğlub edərək 14 il sonra səfər qələbəsi qazanıb.

“Sabirabadxəbər.az” xəbər verir ki, komandamız dünya və Avropa çempionatlarının seçmə mərhələsində sonuncu qələbəni 2012-ci ildə əldə etmişdi.  

Həmin vaxt qitə birinciliyinin təsnifatlarında Lüksemburq səfərində qələbə qazanılıb. 

14 il sonra isə İrlandiyanı məğlub etməklə komandamız uzun illər çəkən tilsimi qırıb.  

28.02.2026 » 12:41
Geri