Tehran şəhərində baş verənlər ABŞ və İsrailin İrana birgə hücumunun nəticəsidir.
"Sabirabadxəbər.az"xəbər verir ki, bu barədə İsrail KİV bildirib.
Hücum zamanı İranın paytaxtının şərqindəki bir sıra hədəflərə hava zərbələrinin endirildiyi bildirilib.
***
10:25
İranın paytaxtı Tehranda iki partlayış səsi eşidilib.
"Sabirabadxəbər.az" xəbər verir ki, bu barədə “Tasnim” məlumat yayıb.
Partlayışlardan sonra şəhərin üzərində qatı tüstü müşahidə olunub.
İsrail müdafiə naziri İsrael Kats İsrailin İrana qarşı qabaqlayıcı hücuma keçdiyini bildirib. Nazir bütün ölkədə təcili fövqəladə vəziyyət elan etdiyini açıqlayıb.
“İsrail Dövləti ölkəmizə qarşı təhdidləri aradan qaldırmaq üçün İrana qarşı qabaqlayıcı hücuma başlayıb”, - o qeyd edib.
İsrail Müdafiə Qüvvələrinin Daxili Cəbhə Komandanlığı mülki şəxsləri lazımi hallarda sığınacaqlara getməyə çağırarkən, ölkə ərazisində siren səsləri eşidilir.
İsrail Müdafiə Qüvvələri qeyd edir ki, proaktiv xəbərdarlıq ictimaiyyəti ölkəyə raket zərbələri ehtimalına hazırlamaq üçündür. Ordu bildirir ki, hazırda sığınacaqlara girməyə ehtiyac yoxdur.