sabirabadxeber.az / Gecə vaxtı təmir aparıb, musiqi dinləyənlərin NƏZƏRİNƏ

Gecə vaxtı təmir aparıb, musiqi dinləyənlərin NƏZƏRİNƏ

Gecə və istirahət saatlarında yüksək səslə musiqi dinlənilməsi, təmir-tikinti işlərinin aparılması və digər səs-küy yaradan hallara yol verilməsi vətəndaşların istirahət hüququnun pozulması ilə nəticələnir.


"Sabirabadxəbər.az" xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi Elşad Hacıyev maarifləndirici məlumat paylaşıb:


"Xatırlayaq ki, məişət səs-küyünə qarşı mübarizə qaydalarının pozulması inzibati məsuliyyət yaradır. Qarşılıqlı hörmət və qaydalara əməl etməklə ictimai mühiti birlikdə qoruyaq".

27.02.2026 » 22:19
Geri