sabirabadxeber.az / 1 Mart – Ümumdünya Mülki Müdafiə Günü ilə əlaqədar maarifləndirici tədbir keçirilib

1 Mart – Ümumdünya Mülki Müdafiə Günü ilə əlaqədar maarifləndirici tədbir keçirilib

1 Mart – Ümumdünya Mülki Müdafiə Günü ilə əlaqədar maarifləndirici tədbir keçirilib
"Sabirabadxəbər.az" xəbər verirki, Mil-Muğan Regional Mədəniyyət İdarəsinin xidməti əhatəsinə daxil olan rayonlarda fəaliyyət göstərən mədəniyyət müəssisələrində 1 Mart – Ümumdünya Mülki Müdafiə Günü münasibətilə “Dayanıqlı və sabit gələcək naminə ekoloji risklərin idarə edilməsi” mövzusunda maarifləndirici tədbir təşkil olunub.
Tədbirin məqsədi ekoloji risklərin düzgün idarə olunmasının əhəmiyyətini diqqətə çatdırmaq, fövqəladə hallara hazırlıq səviyyəsini artırmaq və mülki müdafiə sahəsində maarifləndirməni gücləndirmək olub.
Çıxış edənlər bildiriblər ki, mülki müdafiə sistemi təkcə fövqəladə hallara reaksiya mexanizmi deyil, eyni zamanda ekoloji və texnogen risklərin minimuma endirilməsi, insanların həyat və sağlamlığının qorunması baxımından strateji əhəmiyyətə malikdir. “Dayanıqlı və sabit gələcək naminə” prinsipi məhz cəmiyyətin təhlükəsizlik mədəniyyətinin formalaşdırılmasını və əhalinin hazırlıq səviyyəsinin yüksəldilməsini zəruri edir.
Tədbir çərçivəsində iştirakçılara təbii fəlakətlər, yanğın, zəlzələ və digər fövqəladə hallar zamanı davranış qaydaları, həmçinin ekoloji risklərin azaldılması yolları barədə ətraflı məlumat verilib.
Sonda iştirakçıların sualları cavablandırılıb, mövzu ətrafında fikir mübadiləsi aparılıb.
27.02.2026 » 20:00
Geri