Kürdəmirdə gələcəyin polis zabitləri ilə görüş keçirilib
"Sabirabadxəbər.az" xəbər verir ki, Kürdəmir Rayon Polis Şöbəsində Daxili İşlər Nazirliyinin Polis Akademiyasında təhsil almağı hədəfləyən yuxarı sinif şagirdləri ilə görüş keçirilib.
Görüşdə şöbə əməkdaşları, Polis Akademiyasının nümayəndəsi və kursantlar iştirak ediblər.
Tədbirdə çıxış edən RPŞ-nin rəisi polis polkovniki Arzu Rzayev Polis Akademiyasında təhsil almağın üstünlükləri barədə danışaraq məktəblilərə “Hüquqşünaslıq” və “İnformasiya təhlükəsizliyi” ixtisasları üzrə qəbul qaydaları barədə geniş məlumatlar verib.
Görüşdə çıxış edən kursantlar isə akademiyada aldıqları elmi və nəzəri bilikləri iştirakçılarla bölüşüblər.
Sonda məktəbliləri və onların valideynlərini maraqlandıran suallar cavablandırılıb.