🟢 Sabirabadda “ 1 mart - Ümumdünya Mülki Müdafiə Günü” ilə əlaqədar “Dayanıqlı və sabit gələcək naminə ekoloji risklərin idarə edilməsi” mövzusunda tədbir keçirilib.
"Sabirabadxəbər.az" xəbər verir ki, Mil-Muğan Regional Gənclər və İdman İdarəsi və Sabirabad Gənclər evinin birgə təşkilatçılığı ilə “ 1 mart - Ümumdünya Mülki Müdafiə Günü” ilə əlaqədar “Dayanıqlı və sabit gələcək naminə ekoloji risklərin idarə edilməsi” mövzusunda tədbir keçirilib.
🔊Tədbirdə çıxış edən Mil-Muğan Regional Gənclər və İdman İdarəsinin rəis vəzifəsini müvəqqəti icra edən Elçin Qiyasov və Sabirabad Gənclər evinin əməkdaşı Ağakərim Əhmədov çıxışlarında bildirdilər ki, mülki müdafiə insanların həyatını, sağlamlığını və ətraf mühiti fövqəladə hallardan qorumaq məqsədi daşıyır. Təbii fəlakətlər və digər təhlükəli vəziyyətlər zamanı düzgün davranış qaydalarını bilmək hər bir vətəndaşın borcudur.Həmçinin əhalinin fövqəladə hallardan mühafizəsinin təmin edilməsi üçün müdafiə orqanlarının səmərəli fəaliyyət göstərdiyi də vurğulanıb.
#MilMuğanRGİİ #Gənclərİdman #birkimibirlikdə